Naxçıvan şəhər Poliklinikasının Baş həkimi Səadət İbrahimova tutduğu vəzifədən azad edilib.
Faktmedia.az xəbər verir ki, bununla bağlı muxtar respublikanın səhiyyə nazirinin birinci köməkçisi, nazir vəzifəsini icra edən Sadıxov əməliyyat əmri imzalayıb.
Onun digər əmri ilə həmin vəzifəyə Ləman İbrahimova təyin edilib.
Qeyd etmək lazımdır ki, 1978-ci il üzrə Ləman İbrahimova Azərbaycan Tibb Universitetinin mütəxəssisi, həkim-kardioloqdur./Report