"Uşaqları telefon, planşet, sosial şəbəkə asılılığı və ziyanlı vərdişlərdən qorumaq üçün xüsusi texnikalardan istifadə etmək lazımdır. Bunun üçün ilk növbədə ailədə böyüklərin bu vasitələrdən uzaq qalması önəmlidir".
Bunu Faktmedia.az-a açıqlamasında klinik psixoloq Gülşən Rüstəmova deyib.
O, açıqlamasında azyaşlılara telefonu qadağa edib, özləri həmin vasitələrdən ayrılmayan kifayət qədər valideynlərin olduğunu vurğulayıb:
"Uşağa ilk olaraq şəxsi nümunə kimi göstərmək lazımdır ki, həyatda bu asılılıqlardan daha vacib məsələlər mövcuddur. Ümumiyyətlə psixologiyada önəmli olan bir məqam var ki, əgər hansısa məsələni ləğv etmək istəyiriksə onun əvəzində başqa bir şey təklif etməliyik. Uşaqların telefondan asıllı olduğu saatları, onlara fayda verəcək və maraq doğuracaq başqa məşğuliyyətlərlə əvəz etmək məsləhətlidir. Bunlara xüsusi oyunlar, təbiət qoynunda zaman keçirtmək, əyləncəli tapşırıqlar misal gətirmək olar ".
Havar Şəfiyeva