Aparıcı Murad Əzimzadənin ailəsində ağır itki üz verib.
Faktmedia.az xəbər verir ki, onun Vətən müharibəsi iştirakçısı olan əmisi oğlu Eltun 22 yaşında dünyasını dəyişib. Bu haqda Murad özü məlumat yayıb.
"Belimi bükən, arzularımızı yarımçıq qoyan qardaşım. Sən əmimoğlundan çox balaca qardaşım idin. Qəhrəman, ürəkli, qəlbi təmiz qardaşım. 22 yaşa ölümü necə sığdırdın, hara tələsirdin... Yandırıb tökdün bizi. Əmimoğlu Eltun bu gün haqq dünyasına qovuşdu. Vətən müharibəsi iştirakçısı idi: Xocavəndin, Füzulinin işğaldan azad olunması medalı ilə təltif olunmuşdu. Ağırdı, çox ağır" deyə, Murad paylaşımında yazıb.
Axşam.az-ın əldə etdiyi məlumata görə Eltun intihar edib. O, bu gün Gəncədə dəfn olunacaq.