Sitrus meyvələri əsasən cənub bölgəmizdə daha çox yetişdirilir. Mövsüm vaxtı bizim daxili tələbatımızı ödəyir".
Bunu Faktmedia.az-a iqtisadçı Eyyub Kərimli deyib. İqtisadçı bildirib ki, iqlim şəraitinin sərt keçdiyi qış aylarında bu meyvələri əsasən, İrandan, Türkiyədən idxal edirik:
"Bu baxımdan yaxşı olardı ki, cənub rayonlarımızda istixana şəraitində sitrus meyvələrin istehsalı genişləndirilsin. Tədarük soyuducu anbarlarının tikintisinin genişləndirilməsinə də ehtiyac var. Dünyada elə bir ölkə yoxdur ki, bütün meyvələr, yaxud da bütün ərzaqlar üzrə özünü təmin etsin. İqlim şərait, təbii şərait baxımından da bu mümkün deyil. Əgər İrandan gətirilən meyvələr istehlaka yararsızdırsa, digər təchizatxanalardan bu meyvələri almaq olar. Bunun üçün həm dövlət, həm də müvafiq sahibkarlar da fəaliyyət göstərə bilər. Bu sitrus meyvələrini Türkiyədən, Gürcüstandan da ölkəmizə idxal etmək olar".
Rəna Həsənova