“Azərbaycanın təbii şəraiti sitrus meyvələrinin istehsalının kəskin artırılmasına imkan vermir, yəni tələbatı ödəyəcək səviyyədə deyil”.
Bu sözləri Faktmedia.az-a danışan iqtisadçı Natiq Cəfərli deyib.
O bildirib ki, ölkəmizdə təbii şəraitinə görə sitrus meyvələrinin istehsalı Lənkəran, Astara, yəni təkcə cənub bölgəmizdə mümkündür:
“Lakin bu bölgədə yetişdirilən limon, naringi, portağal və digər sitrus meyvələri həcm olaraq Azərbaycan bazarının tamamını ödəmək iqtidarında deyil. Ona görə də bizim idxaldan asılılığımız var. İndi yeni texnologiyaların tətbiq olunması ilə, başqa rayonlarda da istixanalarda belə bir istehsalı həyata keçirmək mümkündür. Sadəcə, burada uzun müddətli yatırımlar həyata keçirilməlidir. Əslində, belə bir yanaşma ortaya qoymaq lazımdır ki, Azərbaycan özü-özünü böyük ölçüdə sitrus meyvələrinin istehsalı ilə təmin edə bilər. Amma hələlik idxaldan asılılığınız var”.
Qeyd edək ki, İrandan idxal edilən istehlaka yararsız portağal məhsulunun həcmi 1400 tonu keçib.
Rəna Həsənova