"Azərbaycan əhalisi öz həyatını şərq mədəniyyəti üzərində qurub və bu yanaşmalardada özünü göstərir. Qadın sahibkarlar üçün əsas problem cəmiyyət tərəfindən strukturlaşdırılmış daxili ənənəvi gender rolları ilə üzləşir".
Bunu Faktmedia.az-a Şəki KOB İnkişaf Mərkəzinin rəhbəri, KOB üzrə mütəxəssis Mübariz Quliyev deyib.
O bildirib ki, loru dildə izah etsəm “Sən qadınsan sahibkarlıq fəaliyyəti nədir, otur evdə ailənə, uşaqlarına bax” kimi yanaşmalar qadınların sahibkarlıq fəaliyyətinə başlamalarına böyük əngəl yaradırdı:
"Son illərdə aparılan maarifləndirmə işləri bu mövzuda fundamental inqilaba gətirib çıxarıb. Statistika göstərir ki, bu istiqamətdə qurulmuş startegiya uğurla nəticələnib. Aparılmış sorğulara əsasən sahibkarlığa başlamış və başlamaq istəyən qadınların qarşılaşdıqları əsas problemlər maliyyənin cəlb olunması, komandanın qurulması və idarə edilməsi, kişi sahibkarlar tərəfindən ciddi qarşılanmama, vergilərin yüksək olması kimi problemlər olub Müşahidələr göstərir ki, rəqabət və təcrübəsizlikdə problem siyahının ön sıralarında gəlir.
Bu problemlərin aradan qaldırılması üçün uyğun fəaliyyət mühitinin yaradılması ilə yanaşı müxtəlif dəstək proqramları da tətbiq edilmişdir. Bura biznesin inkişafı ilə bağlı qrantların və güzəştli kreditlərin verilməsi, qadın sahibkarların təcrübələrinin artırılması məqsədilə beynəlxalq layihələrdə iştirakın təmin edilməsi, bu istiqamətdə təlimlərin keçirilməsini misal göstərmək olar".
Havar Şəfiyeva