Moskva bunu istəsə, Haaqa ilə ikitərəfli əməkdaşlığın bərpası istiqamətində addımlar atmağa hazır olacaq.
Faktmedia.az TASS-a istinadən xəbər verir ki, bu sözləri Rusiyanın Hollandiyadakı səfiri Aleksandr Şulqin deyib.
Rusiyalı diplomatın sözlərinə görə, Niderlandın Rusiyaya qarşı qeyri-dost addımlar atmaqda davam etməsi təəccüblü deyil, çünki o, qeyri-dost ölkədir:
“Əgər onlar normal münasibətlərə qayıtmaq istəsələr, biz onlarla yarı yolda görüşməyə hazır olacağıq. O dərəcədə ki, biz əlaqələrimizi inkişaf etdirməyə, əməkdaşlığımızı bərpa etməyə hazırıq”.
O bildirib ki, HollandiyanınUkraynada baş verənlər kontekstində Rusiya ilə bağlı iddialarını rədd edirik:
“Biz xəbərdarlıq edirik ki, Rusiya-Hollandiya münasibətlərinin daha da pozulmasına görə məsuliyyət tamamilə Hollandiya tərəfinin üzərinə düşəcək”.
Bəsti Məmməd