Bakı-Quba yolunda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi açıqlama verib.
İdarənin şöbə rəisi Rövşən Tağıyev Faktmedia.az-a açıqlamasında bildirib ki, qəza zamanı altı nəfər xəsarət alıb.
“Bu gün saat 06:30 radələrində Bakı-Quba-Dağıstan sərhədi avtomobil yolunun 27-ci kilometrliyində, Sumqayıt şəhəri ərazisində Qocayev Murad Məsud oğlunun idarə etdiyi “Ford” markalı, 29-BA-586 dövlət qeydiyyat nişanlı mikroavtobus onunla eyni istiqamətdə hərəkətdə olan Məmmədov Ələddin Hacı oğlunun idarə etdiyi “DAF” markalı, 99-GJ-323 dövlət qeydiyyat nişanlı yük avtomobilinin qoşqusu ilə toqquşub. Nəticədə, mikroavtobusda olan sərnişinlərdən altı nəfər xəsarət alaraq Sumqayıt şəhər xəstəxanasına yerləşdirilib”.
O qeyd edib ki, hadisə yerinə DYP əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.