"Özəl sektorların inkişafına imkan yaradılmalıdır. Son vaxtlar bir çox aqroparklar yaradılır, dövlət fermerlərin torpaqlarını zorla əlindən alıb aqropark yaratmaqla heçnəyə nail ola bilməyəcək".
Bunu faktmedia.az-a iqtisadçı Akif Nəsirli deyib. O bildirib ki, dövlət elə bir şərait yaratmalıdır ki, o torpaqları, fermerlərin könüllü birləşdirilərək özəl və geniş kənd təsərrüfatı fermerləri yaransın:
"10 milyon əhalini təmin etmək üçün mövcud olan kənd təsərrüfatına cəmi 1 milyard 200 million manat vəsait ayırmışıq. Təsəvvür etsək ki, biz ərzaq almaq üçün hər il 3,5-4 milyard dollar vəsait xərcləyirik. Onun 10 faizi qədərinidə kənd təsərrüfatına ayırmırıq, bu çox aşağı rəqəmdir. Düzdür, bəzi mütəxəssislər hesab edir ki , birdən birə kənd tədərrüfatına yüksək məbləğli missiyalar qoymaq olmaz. Bununla razılaşıram , amma hər il heç olmasa 50-60 % invistisiyanı artırmalıyıq ki, öz bəhrəsini versin. Keçən il kənd təsərrüfatına təxminən 1 milyard manat vəsait ayrılmışdı. Bu il 20 % artırılaraq 1 milyard 200000-ə çatdırılıb. Bu çox aşağı tempdir. Kənd təsərrüfatına verilən subsidiyalara gəldikdə isə ümumi subsidiyalar yalnız 25 % təşkil edir.Kənd təsərrüfatına subsidiya verərkən Bakıda ofislərdə oturub hesablayırlar. Bu qətiyyən yol verilməzdir. Bunu hesablamaq üçün fermerlərin yanına, kəndlərə getmək lazımdır. Bir il ərzində müşahidələr apararaq yüksək məhsuldarlıq götürmək üçün nə qədər vəsait lazımdır və bu vəsaitin nə qədərini kənddə kənd fermeri özü qoya bilər deyə araşdırmalar aparılmaldır".
Havar Şəfiyeva