"Modern və çevik idarəetmənin təmin edilməsi, dövlət orqanlarının fəaliyyətində şəffaflığın artırılması və korrupsiyaya şərait yaran halların aradan qaldırılması məqsədilə əhaliyə göstərilən xidmətlərin elektron qaydada həyata keçməsi əsas prioritetlərimizdən biridir. Ötən dövr ərzində bu istiqamətdə əhəmiyyətli işlər görülüb".
Bunu Faktmedia.az-a Dost Rəqəmsal İnnovasiyalar Mərkəzinin direktor müavini Orxan Salahov deyib.
O. Salahov əlavə edib ki, bununla belə, vətəndaşlara xidmət göstərilməsində şəffaflığı və operativliyi təmin etmək üçün əmək,məşğulluq, sosial müdafiə və sosial təminat sahələrində göstərdiyimiz xidmətlərin tam elektronlaşdırılması müvafiq informasiya sistemlərinin formalaşdırılması informasiya texnologiyalarının tətbiqi ilə innovativ idarəetmənin təmin edilməsi sui-istifadə və süründürməçilik hallarının qarşısının alınması yönündə əlavə tədbirlərin həyata keçirilməsi də planlaşdırılmış strateji hədəf kimi müəyyənləşdirilib:
"DOST Rəqəmsal İnnovasiyalar Mərkəzi də bu strateji plana uyğun olaraq müəyyənləşdirilmiş hədəflər üzrə elektron xidmətlərin proaktiov qaydada aparılmasının təmin edilməsi ilə yanaşı, xidmətlərin əhatə dairəsinin genişləndirilməsi və əlçatanlığının təmin edilməsi istiqamətində işləri planlayır.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 153 xidmətindən artıq 140-ı elektron, o cümlədən 51-i proaktiv qaydada göstərilir. Nazirlik üzrə xidmətlərin elektronlaşma səviyyəsi 91.5 faizə çatdırılıb. 40 xidmətin elektronlaşdırılması ilə bağlı işlər tamamlanıb. Cari ildə də xidmət səviyyəsinin artırılması istiqamətində işlər davam etdirilməkdədir.Hazırda “Himayədar ailə”, “Fərdi Reabilitasiya və Abilitasiya altsistemi” , “ƏMAS” , “E-birja” habelə digər elektron xidmətlərin dairəsinin genişləndirilməsi üzrə işlər davam etdirilir. Həmçinin ünvanlı dövlət sosial yardımının verilməsi ilə bağlı e-sistem təkmilləşdirilib. Artıq təyinatlar sistem tərəfindən aparılır ki, bu zaman vətəndaşa aid yanlış məlumatların qeydə alınması sıfıra bərabər olur. Bu il həmçinin e-sosial.az portalının funksionallıqları daha da genişləndiriləcək".
Havar Şəfiyeva