Fövqəladə Hallar Nazirliyi (FHN) dənizkənarı ərazidə növbəti qanunsuz tikilinin qarşısını alıb.
Faktmedia.az xəbər verir ki, Qaradağ rayonunun Sahil qəsəbəsində dənizkənarı ərazinin qanunsuz olaraq hasarlandığı faktı aşkarlanıb.
FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin inspektoru Müşfiq Hacıyev bildirib ki, problemin aradan qaldırılması üçün ərazidə qanunsuz inşa olunmuş tikilinin söküntü işləri aparılır:
“Bura mühafizə zonası hesab edilir. Tikilinin dənizdən 100 metr uzaqlıqda olması lazımdır. Hazırda Qaradağ Rayon İcra hakimiyyəti ilə birlikdə ərazidə söküntü işlərinə başlanılıb. Belə hallara tez-tez rast gəlinsə də, tərəfimizdən keçirilən tədbirlər nəticəsində qanunsuz tikililər dayandırılır. Qeyd edim ki, bu, Qaradağ rayonu ərazisində sökülən ilk dənizkənarı qanunsuz tikilidir”.