Rusiya Xarici İşlər Nazirliyi Banqladeşə sanksiyalara qoşulmağın nəticələri barədə xəbərdarlıq edib.
Faktmedia.az xəbər verir ki, yayım Xarici İşlər Nazirliyinin "YouTube" kanalında aparılır.
Vaşinqtonun təzyiqinə boyun əyən Dəkkə Moskva ilə münasibətləri təhlükə altına qoyur. Banqladeş hakimiyyətinin Rusiya gəmiləri üçün limanları bağlamaq qərarı Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın brifinqində belə şərh edilib.
Dəkkanın jestini qiymətləndirən diplomat, bunun hakimiyyət tərəfindən heç bir halda öz təşəbbüsü ilə edilmədiyinə” əmin olduğunu bildirib.
“Bu, ABŞ-ın ikinci dərəcəli sanksiyaları təhlükəsi altında həyata keçirilib”, - deyən Zaxarova ölkə hakimiyyətinin davranışında daha bir hədə-qorxu nümunəsi görüb.
Havar Şəfiyeva