"Bir anda titrəmə artdı, otaqdan çıxıb zəlzələ olur deyə qışqırdım. Hərkəs oyandı, hamımız qonaq otağına keçdik. İlk titrəmə bir dəqiqə çəkdi"
Bunu Faktmedia.az-a Kahraman Maraş sakini Sühəndan Tatlı deyib.
Sühəndan Tatlı o gecəni belə xatırlayır:
"Titrəmə dayandıqdan sonra hamı əynini geyinməyə başladı. Anam çox həyəcanlandı. Tez 1 stəkan su doldurub ona verdim. Anam,atam və balaca qardaşım evdən çıxdılar. Biz 7 mərtəbəli bir binanın 6-cı mərtəbəsində yaşayırıq. Mən və 18 yaşlı qardaşım evdən həmin dəqiqə çıxmadiq. Hava soyuq, qarlı olduğu üçün 2 ədəd ədyal götürdük, şüşəyə su doldurduq. Evdə pişik saxlayıram. 5 dəqiqə boyunca pişiyimi axtardım, amma tapa bilmədim. Onu buraxıb çıxmaq məcburiyyətində qaldıq. Qardaşımla pilləkənlardan düşəndə təkrar eyni şiddətlə titrəməyə başladıq. Alt qonşumuzun qapısının qabağına girdik və orada gözlədik. Titrəmə dayanan kimi pilləkənlardan enib binanı tərk etdik. Anam və qardaşlarım maşindaydi. Maşına mindik və güvənli olacağını düşündüyumuz evimizin üst tərəfindəki şimal döngə yoluna çıxdıq. Xalam bir oğluyla tək yaşayır və maşınları yoxdur. Onları axtarıb maşına mindirmək istədik, amma telefon çəkmədi. Atam nənəm və bibimi də maşına mindirdi. Dayım da bizə yaxın qalır, amma onlarla da əlaqəmiz alınmadı. Sonda evlərinə getdik. Daha sonra şəhərdən uzaqda bibimin qaldığı evə gəldik. Zirzəmili və güvənli olduğunu düşünduyumuz üçün ikinci zəlzələdə bu evdə qalırdıq. Tək qapılı olduğu üçün zəlzələ olan kimi evdən çölə çıxdıq. Şükür, bir ziyan olmadı. Biz Kahramanmaraşin şimalında yaşayırıq. Bizim qaldığımız məhəllədə heç bir ev uçmadı. İlk zəlzələ olanda çoxlu ev uçmadı deyə düşündük. Sonra tanıdıqlarımizdan xəbərləri aldıqça, bibimgilə gedəndə şəhərin içindən keçərkən anladıq ki, hər yer uçub. Bir çox yaxınlarımızı itirdik, torpağa basdirdiq. Bunun acısını başa salmaq çətindir. Kahramanmaraşa axtarma komandası gələndə artıq zəlzələnin 3-cü günü idi. Bir çox insan 3 gün boyunca 8 dərəcə soyuqda o dağıntının altında gözlədi. Ölənlərin bir qismi dağıntılar altında olduğu üçün deyil soyuqdan öldü. Zəlzələnin mərkəzi Kahramanmaraş olmasına rəğmən xəbərlərdə ilk 3 gün göstərilmədi. Şəhərin içində siqnal kəsicilər gəzişti, yardimın gəlmədiyinin xəbərinin verilməsini istəmədilər.