"Rüblük və illik hesabatlar var. Ötən ilin hesabatı bu ilə qalmır. İl başa çatdıqdan sonra, yeni ilin ilk ayında, yanvarın 20-ə qədər hesabatlar verilir".
Bunu Faktmedia.az-a Azərbaycan Yazıçılar Birliyinin mətbuat xidmətinin rəhbəri Xəyal Rza qurultayda xərclənən 203 minin hesabatının nə zaman veriləcəyinə cavab olaraq deyib.
O bildirib ki, o smeta ki, tutulub verilmişdi və həmin smetaya görə də məbləğ ayrılmışdı:
"Həmin smeta və məbləğlə bağlı, yəni haraya nə qədər verildiyi barədə hesabat artıq təqdim olunub".
Xatırlatma üçün qeyd edək ki, mətbuatda belə bir hesabatla bağlı kiçik bir araşdırma apardıq. Qarşımıza Xəyal Rzanın dediyi hesabat çıxmadı.
Rəna Həsənova