Ölümdən sonra insan ruhuna nə baş verdiyini izah edən Orch OR nəzəriyyəsi haqqında danışılıb.
Faktmedia.az Bu barədə Arizona Universitetindən psixoloq Stuart Hameroff məlumat yayıb.
Orch OR və ya "Orchestrated Objective Reduction"a görə ruh kainatın toxumasıdır və əbədi yaşayır. Onun mahiyyəti ölümdən sonra kvant vəziyyətini itirən beyin hüceyrələrindəki mikrotubulların içərisindədir. İçəridə olan məlumatlar qorunur və kosmosda həll olunur.
Hameroffun səsləndirdiyi nəzəriyyə təsadüfi deyil . Mütəxəssis dörd il ərzində kliniki ölüm vəziyyətinə düşmüş xəstələri müşahidə edib, onları həyata qaytaran həkimlərdən müsahibə alıb. O, bildirib ki, xəstə sağ qalarsa, kvant məlumatı beyin hüceyrələrinə qayıdır.
Daha əvvəlki araşdırmada, nevroloqlar süni intellektdən istifadə edərək insanlarda estetik zövqün necə formalaşdığını öyrəniblər.