Evlilik problemlərinin bilinməyən səbəblərindən biri də ana-oğul bağlılığıdır. Xoşbəxtlik arzusu ilə başlayan evliliklər, oğluna həddən artıq bağlı anaların davranışlarına görə kabusa çevrilə bilir. Həyat yoldaşları ilə anaları arasındakı münasibəti düzgün müəyyən edə bilməyən kişilərin psixoloji vəziyyəti necə olur? Niyə qaynanalar gəlinlərini qısqanır və daim onları gözdən salmağa çalışırlar? Münasibətlər necə formalaşdırılmalıdır?
Faktmedia.az xəbər verir ki, bu suallara bağlı türkiyəli psixiatriya mütəxəssisi Barış Önen Ünsalver aydınlıq gətirib
"Evlilikdən öncə analarına bağlı oğlanlar evlilikdən sonra da bunu davam etdirirlər. Çünki başqa həyatı tanımırlar. Ana onların həyatında həmişə birinci yeri tutub və onlar anasını başqası ilə əvəz oluna biləcəyindən qorxurlar. Həmin şəxslərin anaları demək olar ki, şəxsiyyətlərinin bir hissəsidir. Ananın razılığı olmadan onların özbaşına qərar qəbul etməsi demək olar ki, mümkün deyil. Etsələr belə, ananın reaksiyasından çəkinirlər".
Həkim əlavə edib ki, analara görə etdikləri yanlış deyil:
"Etdikləri müdaxilənin övladlarının yaxşılığı üçün olduğunundan əmindirlər. Hətta bəzən buna görə təşəkkür də gözləyirlər. Bu cür analar övladlarını şəxsiyyət kimi görmür, hələdə uşaq sayırlar. Onların həyatı üzərində haqq sahibi olduqlarını düşünürlər".
Havar Şəfiyeva