"Tikiş fabrikinin daxili imkanları hesabına Türkiyədə baş vermiş hadisə ilə bağlı yardım üçün isti paltarlar, yorğan, adyallar, qış ayaqqabılar, kişi və qadın kastyumları, uşaqlar üçün bəzi geyimləri hamısını topladıq, qablaşdırıb Heydər Əliyev adına İdman Kompleksinə təhvil verdik. Əgər ehtiyac olacaqsa müəssəmiz hesabına maliyyə yardımını da etməyə hazırıq".
Bunu Faktmedia.az-a "Bakı Tikiş Evi"nin satış üzrə müdiri Etibar Əzimov deyib
Etibar Əzimov bildirib ki, bundan başqa, Gəncə-Şəmkir şosesini tərəfində yerləşən “Galaxy Tekstil” fabrikindən də qardaş ölkə üçün yardımlar toplanılır.
Qeyd edək ki, Türkiyədə Kahramanmaraşda baş verən zəlzələ nəticəsində 22 mindən çox insan həyatını itirib, 100 minə yaxın insan yaralıdır.
Havar Şəfiyeva