Ana imtahana daxil olub, dekan isə onun körpəsini saxlayır.
Faktmedia.az xəbər verir ki, bu barədə məlumatı və buna uyğun fotoları Naxçıvan Universitetinin dekanı, filologiya üzrə fəlsəfə doktoru, dosent Leyla Səfərova sosial mediada paylaşıb.
“Müəllimə, zəhmət olmasa, uşağı saxlayın, imtahana girim!” – deyən, fakültəmizin 4-cü kurs tələbəsi Zeynəbin balaca mələyi Sevinc. Ana imtahana daxil olubsa, dekan da körpəni saxlamalıdır. Xeyli müsbət enerji aldım bu yarım saatlıq müddətdə, çoxsaylı işlərimizin arasında”, – deyə paylaşımda bildirilib.
Qeyd edək ki, imtahan verən qadın Naxçıvan Universitetinin Xarici dil müəllimliyi (ingilis) ixtisası üzrə 4-cü kurs tələbəsi Zeynəb Şöhrət qızı Vəliyevadır.