“Sosial şəbəkələrdə mənbəyi məlum olmayan məlumatların qarşısını alınması üçün hər bir istifadəçi diqqətli olmalıdır”.
Faktmedia.az-ın məlumatına görə, bunu brifinqdə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Elşad Hacıyev bildirib.
Onun sözlərinə görə, hazırda vətəndaşların təhlükəsizliyi tam qorunur:
“Polis əməkdaşları tərəfindən zəruri tədbirlər görülür. Hazırkı məlumata görə, qanunazid bir məlumat daxil olmayıb”.