"Paşinyan indi qəliz bir durumdadır. Ermənistan iqtisadiyyatının 80 faizə qədəri Rusiyadan asılı olduğuna görə, Rusiya ilə münasibətləri korlaya bilməz. Ermənistan dövlətinin özünün praktiki mülkiyyəti yoxdur, yəni poçtdan, işıq şəbəkələrindən tutmuş dəmir yollarına qədər hamısı borc hesabına Rusiya kompaniyalarının balansındadır. Digər tərəfdən Ermənistanın özündə Rusiyanın kifayət qədər təzyiqi var".
Bu fikirləri Faktmedia.az-a millət vəkili Rüfət Quliyev deyib.
Deputat əlavə edib:
"Paşinyan öz " kreslosunu" itirməmək üçün Qərbə can atır. Bütün bu problemlərin kökündə duran məsələ Xankəndidə gedən prosseslərdir. Paşinyan ən böyük sözünü dedi. O, Avropada da, Moskvada da təsdiq etdi ki, Qarabağ Azərbaycanındır. Bizim üçün ən vacib olan budur. Amma Paşinyan bu dediyi sözləri kağız üzərində təsdiq etməkdən, imza atmaqdan qaçır, oyun oynayır. Bunu başa düşmək olar ki, siyasi mövqeyini itirmək istəmir. Amma Axərbaycan mərhələ - mərhələ öz maraqlarını həyata keçirir. II Qarabağ savaşından sonrakı son iki ildə nə qədər böyük addımlar atılıb. Mən düşünürəm ki, bugün artıq Paşinyanın siyasətinin məntiqi qalmayıbdır. Əslində bu həm Qərbi, həm də Rusiyanı qəzəbləndirir. Onun indi hansı addımı atacağı bəlli deyil. Ərdoğanla Paşinyanın danışığının baş tutması bizim üçün çox vacibdir. Mənə elə gəlir ki, Cənab Ərdoğan öz diplomatiyasını, təsirini, təzyiqini istifadə edib, Paşinyanı demarkasiya, delimitasiya və sülh müqaviləsinə imza atmağa məcbur edəcək. Bu görüşün Azərbaycan üçün böyük əhəmiyyəti var. Tədricən Xankəndi məsələsi də həll olunacaq və biz istəyimizə nail olacağıq".
Rəna Həsənova