Şahbuz rayonunda gənc oğlan özünü yandırıb.
Faktmedia.az özünü yandıran şəxslə bağlı bəzi detalları əldə edib.
Belə ki, Şahbuz rayon Şahbuzkənd sakini 1999-cu il təvəllüdlü Sahil Məmmədov hərbçi olub. İşlədiyi hərbi hissədən silah oğurladığına görə həbs edilib.
Sahil Məmmədovun anası da hərbi hissədə çalışırmış. Bu hadisədən sonra anası da işdən çıxardılıb.
Əldə etdiyimiz məlumata görə, Sahil Məmmədov daha əvvəl də oğurluq üstündə dəfələrlə saxlanılıb. Onun nə üçün özünü yandırması barədə hələ ki, məlumat yoxdur.
Qeyd edək ki, o həm də qazidir.
Bəsti Məmməd