Rəsmi İrəvan və Bakı 1975-ci ilin sovet xəritələrinə əsaslanaraq delimitasiya aparmağa ilkin razılıq veriblər.
Bunu baş naziri Nikol Paşinyan deyib.
Ümumiyyətlə, Paşinyanın fikrincə, müzakirəni faydalı hesab etmək olar.
"Danışıqların birinci bəndi tərəflərin Praqada razılaşdığı Alma-Ata Bəyannaməsi əsasında ərazi bütövlüyünün qarşılıqlı tanınması ilə bağlı olub", - Ermənistanın baş naziri qeyd edib.
O, həmçinin qeyd edib ki, Ermənistan tərəfi anklav kəndləri Azərbaycana qaytarmağa hazırdır./Report