"Azərbaycanın daxili və xarici siyasəti var və bu dönməzdir. Hər hansı dövlət də heç bir vəclə bunu dəyişdirə bilməz. Əsas məqam ondan ibarətdir ki, tarixə baxanda İran və İsrail arasında çox mühim yaxınlıqlar olub. Hətta, vaxtilə İranın xüsusi xidmət orqanlarının hazırlanmasında İsrailin rolu birmənalıdır. Lakin sonradan rejim dəyişib, müəyyən terror qrupları ortaya çıxıb, fələstinlə bağlı problemlər də buna təsir edib".
Bu fikirləri Faktmedia.az-a açıqlamasına Milli Məclisin deputatı Arzu Nağıyev deyib.
Onun sözlərinə görə, bu gün Azərbaycan və İsrail münasibətləri yüksək səviyyədədir:
"İran bunu həzm edə bilmirsə, bu, onun öz daxili işləridir. Müstəqilliyimizi tanıyan ilk dövlətlərdən bəri məhz İsrail olub. Birgə layihələrimiz mövcuddur. Qarabağ müharibəsindən İsrail bizim yanımızda oldu. Düşünürəm ki, İranın bu cür reaksiya verməsi beynəlxalq qanunlara sığmır. Hətta, onların bir sıra diplomatları belə açıqlama verdi ki, vaxtilə səfirliyin açılmasında da problemlər yaşatmağa çalışıblar".
Millət vəkili son olaraq Azərbaycan öz dönməz siyasəti ilə bütün dünyada tolerant, multikultural bir dövlət olduğunu sübut etdlyini qeyd edib.
Havar Şəfiyeva