Azərbaycana bu il ayrı-ayrı vaxtlarda İsrail dövlətinin naziri və Prezidenti səfər edib. Hər iki səfərdə Azərbaycanda xoş qarşılanıblar. Onlar da öz növbəsində Azəərbaycanla tərəfdaşlıqdan məmnunluqlarını ifadə ediblər. Yaxın günlərdə İsrail dövlətinin Prezidentinin Azərbaycana səfəri də Azərbaycanın düşmənlərinə qlobal mesaj idi. Yəqin ki, bu səfərlərdən ən çox narahat olan qoşu İran dövlətidir.
İsrail Dövlətinin Prezidenti İsxak Hersoqun Azərbaycan Respublikasına rəsmi səfəri barədə Faktmedia.az-a açıqlamasında millət vəkili Fazil Mustafa deyib ki, bizim xarici ölkələrlə dostluq münasibətlərində kimin narahat olması önəmli deyil. Müstəqil dövlətik, istədiyimiz ölkə ilə dostluğumuzu qururuq və istədiyimiz qüvvə ilə də düşmənliyimizi qoruyuruq:
"Biz düşmən olmaq istəmirik, sadəcə Ermənistan kimi dövlət bizə, Türkiyəyə qarşı özü düşmən olmağı seçib. Düşmənçiliyi özümüz seçmirik, bizimlə dost olmaq istəyənlə də məmuniyyətlə dost oluruq. İsraillə də bundan sonra ciddi şəkildə dostluğumuzu davam etdirəcəyik. İsrail bizim üçün çox vacib və müttəfiq dövlətlərdən biridir. Erməni faşizmə qarşı mübarizədə də Azərbaycan İsrailin dəstəyinə hər zaman güvənib. İstər İran, istərsə də Ermənistan bu münasibətlərə müdaxilə edə bilməz".
Qeyd edək ki, İsxak Hersoqun Azərbaycan Respublikasına rəsmi səfəri mayın 31-də başa çatıb.
Havar Şəfiyeva