Mərhum Xalq artisti Siyavuş Aslanın oğlu Çingiz Aslanov bu gün Yasamal qəbiristanlığında dəfn olunacaq.
Bu barədə Mədəniyyət Nazirliyindən bildirilib.
Onun nəşi bu gün saat 14:00-da Təzə Pir məscidindən qəbiristanlığa yola salınacaq.
Qeyd olunub ki, məsələ Mədəniyyət Nazirliyinin diqqətindədir, dəfnlə bağlı bütün məsələlər üzrə nazirlikdən kömək göstərilib: “Məsələ ilə mədəniyyət nazirinin müşaviri Oleq Əmirbəyov məşğul olur. Dəfnlə bağlı məsələlər Mədəniyyət Nazirliyinin, Akademik Milli Dram Teatrının və Yasamal rayon İcra Hakimiyyətinin diqqətindədir”.
2023-05-06 09:25:33
Xalq artisti Siyavuş Novruzun oğlu Çingiz Aslanın nəşi beş gündür xəstəxanadan götürülməyib. Bu barədə Qafqazinfo.az saytı məlumat yayıb. Bildirilib ki, Siyavuş Aslanın oğlu Çingiz Aslan 5 gündür vəfat edib, cənazə Sabunçu Xəstəxanasında qalıb və heç kəs təhvil almır.
Onun bir neçə gün əvvəl Maştağa qəsəbəsində yerləşən Respublika Narkoloji Mərkəzində vəfat etməsi məlum olub.
Həmin vaxt mərkəz əməkdaşları Ç.Aslanovun yaxınlarını axtarsa da, heç kimi tapa bilməyiblər.
Daha sonra Ç.Aslanovun nəşi ərazi üzrə Sabunçu Tibb Mərkəzinin morquna təhvil verilib.