"Azərbaycan Milli teatrın yaranmasının 150 illiyi haqqında cənab prezidentin sərəncamı var. İnanıram ki, bu sərəncamdan sonra bütün teatr kollektivlərində sevinc və ilhamla işləmək həvəsi yaranıb".
Bunu Faktmedia.az aktyor Ədalət Əbdülsəmədov milli teatrımızın 150 illik yubileyi ilə bağlı danışarkən deyib.
"Biz də teatrın 150 illiyini dövlət səviyyəsində qeyd etməsinə çox sevinirik və çalışırıq ki, yeni tamaşalarla tamaşaçıların qarşısına çıxaq, xalqımızı sevindirək. Teatrımız 150 illiyi çərçivəsində həmişə maraqlı əsərlərə müraciət edilib. İnşallah il boyu daha gözəl səhnələrlə tamaşaçalarımızın görüşünə gələcəyik. Bütün teatr sevənləri, tamaşaçıları, xalqımızı bu böyük gün münasibətilə təbrik edirəm. Teatrı sevin, teatıra gəlin. Biz də bu işimizi, fəaliyyətimizi layiqincə yerinə yetirməyi və bundan sonrakı illərdə də Azərbaycan teatrını daha böyük uğurlar əldə etməsinə çalışacayıq", - aktyor əlavə edib.
Havar Şəfiyeva