"Subbakalavrların bilik səviyyəsi və tədrisə münasibəti universitetləri razı salmır. Rektorlar şikayət edirlər ki, onlar I kursda tədris mühitini pozurlar".
Faktmedia.az xəbər verir ki, bunu DİM sədri Məleykə Abbaszadə deyib.
"Onlar çox zaman qəbul olunurlar, sonra gəlib deyirlər: “Mən işləyirəm, dərsə gələ bilməyəcəyəm”. “Adım getsin, sonra da diplom alım”. Belə bir şey yolverilməzdir. Əgər subbakalavr məsuliyyətlidirsə, ali təhsil almaq istəyirsə, bilirsə ki, işləməlidir, gərək ixtisası seçəndə yalnız qiyabi yerləri yazsın. Bəzi universitetlər ümumiyyətlə subbakalavrların qəbulundan imtina etmək istəyirlər, çünki onlar yaxşı oxumurlar, tədris mühitini pozurlar", - deyə DİM sədri bildirib.
-