“Sosial ödənişlərimi yoxladım. ANS-də işlədiyim dövrdə pensiya fonduna bir qəpik də ödənməyib, halbuki hər maaşımdan pul kəsilirdi. Bunu mənə bir həmkarım demişdi, inanmamışdım, amma doğrudan belə imiş. Ödənişlər cibə gedirmiş. Demək hər ay, illərlə soyulmuşam, yağmalanmışam. Bu, azmış kimi, gələcəyimdən də oğurlanıb...”
Faktmedia.az xəbər verir ki, bu barədə aparıcı Ülvira Qarayeva sosial şəbəkə hesabında yazıb.
Dövlət Sosial Müdafiə Fonduna edilən ödənişlərinin fərdi hesabda toplanmamasından şikayət edən aparıcı bildirib ki, hər ay vaxtlı-vaxtında vergiləri ödəyib, hətta elə ay olub ki, bu ödənişlərə maaşından aylıq 200 manat çıxılıb. Ü.Qarayevanın fikirlərinə vaxtilə sözügedən qurumda çalışan onlarla jurnalist qoşulub. Uzun müddət məcburi sosial sığorta ödənişlərini etmələrinə baxmayaraq, onlar da həmin məbləğlərin DSMF-nin sistemində görünmədiyini bildiriblər.
Aparıcı bununla bağlı sözügedən saytdan çıxarışı da paylaşıb: