Artıq "Twitter" mikrobloq saytında videoların sürətinə nəzarət edə bilərsiniz.
Faktmedia.az xəbər verir ki, bu barədə şirkətin direktoru Elon Mask anons verib.
Qeyd edilir ki, "Twitter"də yayımlanan hər hansı videonun video parametrlərinə daxil olduqda, "oynatma sürəti" menyusu açılır. Burada 0,25x-dən 2x-ə qədər müxtəlif oxutma sürəti seçimləri mövcuddur. İstədiyinizi seçməklə videoya olduğundan daha yavaş və ya daha sürətli baxmaq mümkündür.
Bundan əlavə, əgər quraşdırılıbsa, subtitrləri yandırıb/söndürmək, video paylaşma və video reportaj seçimləri tətbiqə əlavə edilib.
Xəyalə Xəlilova