Astronomlar indiyə qədər qeydə alınan ən böyük fövqəlnovadan 10 dəfə daha parlaq kosmik partlayış aşkar ediblər.
Faktmedia.az BBC-ə istinadən xəbər verir ki, astronomlar ABŞ-ın Kaliforniya ştatındakı Zwicky Facility tərəfindən 2020-ci ildə qeydə alınan və parlaqlığı 3 ildir davam edən partlayışın indiyə qədərki ən böyük kosmik hadisə olduğunu bildirirlər.
Southampton Universiteti Dr. Filip Uayzman qeyd edib ki, qeydə alınan partlayışdan yaranan parlaqlığın uzun müddət davam etdiyinə görə, keçən il o və komandası işığı analiz edərək, partlayışın 8 milyard işıq ili uzaqlıqda olduğunu hesablayıblar.
Bəsti Məmməd