İrandakı molla rejimi daha bir zərbə alıb. İran İslam Respublikasına bağlı İngiltərə İslam Mərkəzi bağlanıb.
Yenisabah.az xəbər verir ki, bu barədə "Iran International" məlumat yayıb.
Məlumata görə, Londonda yerləşən İngiltərə İslam Mərkəzi növbəti xəbərdarlığa qədər bütün mədəni və təhsil fəaliyyətini dayandırdığını elan edib.
Avropada molla rejiminin təbliğatı ilə məşğul olan digər mərkəzlərin də analoji aqibəti yaşayacağı bildirilir.