Sürətli iqtisadi artım, urbanizasiya və ətraf mühitin çirklənməsi nəticəsində Çində heyvanlar nəsli kəsilməklə üzləşib.
Faktmedia.az xəbər verir ki, Çin Xalq Respublikasının Ekologiya və Ətraf Mühit Nazirliyinin rəhbərliyi ilə aparılan araşdırmanın müəllifləri bu ölkəni canlılar üçün ən təhlükəli ölkə adlandırıb.
Ekspertlərin fikrincə, şəhərlərin və infrastrukturun sürətli inkişafı təbiətə dağıdıcı təsir göstərib və ştatda 4300-ə yaxın növün nəsli kəsilmək təhlükəsi ilə üzləşib.
Havar Şəfiyeva