Terapevt Aleksey Vodovozov bildirib ki, arağın heç bir faydalı xüsusiyyətləri və vitaminləri yoxdur.
Faktmedia.az xəbər verir ki, mütəxəssis bu barədə rusiya mediasına müsahibə verib.
Onun sözlərinə görə, əvvəllər içki dərman kimi qəbul edilirdi. Bu səbəbdən spirtli içki ətrafında onun faydaları haqqında müxtəlif miflər yaranıb.
Onlardan biri də araqdan antiseptik və ağrıkəsici kimi istifadə edilməsidir. Bununla belə, mütəxəssis xəbərdarlıq edib ki, yalnız dərmanlardan istifadə edilməlidir. İçkinin dezinfeksiyaedici xüsusiyyəti yoxdur.
“Geniş miqyaslı tədqiqatlar göstərib ki, araqın bütün “gözəl” xüsusiyyətləri sınaqdan keçirildikdə, bunlar öz təsdiqini tapmayıb”, - deyə terapevt bildirib.
Sonda həkim vurğulayıb ki, həmçinin tərkibində spirt olan içkilər orqanizmin bərpa qabiliyyətini zəiflədir.
Rəna Həsənova