ABŞ-da süni intellekt xərçənglə bağlı yalan məlumatlar verib.
Faktmedia.az xəbər verir ki, Merilend Tibb Məktəbinin tədqiqatçıları ChatGPT-dən döş xərçəngi skrininqi ilə bağlı 25 suala cavab verməyi xahiş ediblər. Süni intellektin nə qədər doğru informasiya verib,verməyəcəyini yoxlamaq məqsədilə hər sual 3 dəfə soruşulub.
Cavabların 88 faizi uyğun və başa düşülən olub. Bununla belə, bəzi cavabların “yalan və hətta uydurma” olduğu müəyyən edilib. Cavablardan biri köhnəlmiş məlumatlara əsaslanıb.
Təxminən bir il yarım əvvəl, döş xərçəngindən əziyyət çəkən şəxslərə Covid-19 peyvəndindən sonra dörd-altı həftə ərzində mammoqrafiyanı təxirə salmaq tövsiyə edilib. Ancaq bu tövsiyə Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən dəyişdirildi. Amma süni intellekt keçmiş informasiyanı çatdırıb.
“İnsanlar bilməlidirlər ki, bunlar yeni, sübut olunmamış texnologiyalardır və süni intellektdən daha çox məsləhət üçün həkimlərə etibar etməlidirlər”,- deyə mütəxəssislər bildirirlər.
Bununla belə bildirilir ki, ChatGPT yalnız Amerika Xərçəng Cəmiyyəti tərəfindən verilən məlumatlara istinadən cavablar verir. Hələ ki, süni intellekt ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzləri və Ümumdünya Səhiyyə Təşkilatı kimi qurumların yeni məlumatlarına hakim deyil.
Bəsti MƏMMƏD