Yeni bir araşdırmaya görə, Braziliyanın Amazon tropik meşələrindəki təbii ehtiyatlarda çirklənmiş havanı udmaqla hər il 15 milyondan çox xəstəlik halının qarşısı alınır.
Faktmedia.az xəbər verir ki, nəticələri “Nature” jurnalında dərc edilən onillik araşdırmada diqqət Amazon tropik meşələrinin meşə yanğınlarının törətdiyi çirkləndiricilərin insan sağlamlığına mənfi təsirlərinin qarşısının alınmasına yönəldilib.
Tədqiqatlar göstərib ki, Amazon meşələri çirkli havanı udmaqla hər il 15 milyondan çox xəstəliyin qarşısını ala bilir.
Amazon meşələri sayəsində tənəffüs və ürək-damar xəstəliklərinin müalicəsi ilə bağlı sağlamlıq xərclərinə ildə təxminən 2 milyard dollar qənaət edildiyi proqnozlaşdırılır.
Araşdırmaya görə, Amazon yerliləri torpaqlarını başqaları tərəfindən törədilən yanğınlardan qoruyaraq minlərlə potensial ölümcül xəstəliyin qarşısını almağa kömək edir.
Nəticələr göstərir ki, Amazon tropik meşələri hər il 26.000 metrik ton hissəcikləri udmaq qabiliyyətinə malikdir və qorunan ərazilər bu udulmanın 27 faizini təşkil edir.
Bəsti Məmməd