Canni İnfantino cümə axşamı günü yenidən dörd il müddətinə dünya futbolunun rəhbər orqanı olan FİFA-nın prezidenti seçilib.
Faktmedia.az xəbər verir ki, İnfantino rəqibsiz iştirak edib və o, Ruandanın paytaxtı Kiqalidə keçirilən 2023 FİFA Konqresində yekdilliklə seçilib.
İnfantino Kiqalidə keçirilən FİFA-nın 73-cü Konqresində çıxış edərkən "Bu, inanılmaz şərəf və imtiyaz və böyük məsuliyyətdir. Mən söz verirəm ki, FİFA-ya və bütün dünyada futbola xidmət etməyə davam edəcəm”- deyə vurğulayıb.
Qeyd edək ki, İsveçrədə anadan olan 52 yaşlı Canni İnfantino fransız, italyan və alman dillərini mükəmməl bilir, həmçinin ingilis, ispan və ərəb dillərində danışmağı bacarır.
Bəsti Məmməd