Argentina Prezidenti Alberto Fernandesin səhhətində yaranan problemlər səbəbindən xəstəxanaya yerləşdirilib.
Faktmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, Prezidentlik Sağlamlıq Birliyindən açıqlama verilib.
Açıqlamada, Fernandesin kəskin bel ağrısı səbəbiylə müayinələr üçün paytaxt Buenos Ayresin Recoleta rayonundakı özəl sağlamlıq mərkəzinə aparıldığı qeyd edilib:
"Kəskin bel ağrıları üçün xüsusi bir müalicənin tətbiqi üçün lazımi araşdırmalar aparılacaq və ictimaiyyətə məlumat veriləcək".
Prezident Fernandesin həkim qrupunun verdiyi rəsmi açıqlamaya görə, 63 yaşlı Fernandes aşağı təzyiq və başgicəllənmədən əziyyət çəkib.
Qeyd edək ki, Fernandes səhhətindəki problemlərə görə 2022-ci il noyabrın 15-də İndoneziyada keçirilən G20 Liderlər Zirvə toplantısının ilk sessiyasına da qatılmamışdı.
Bəsti Məmməd