“Qərb taxıl müqaviləsi mövzusunda spekulyasiya etməyə davam edəcək, çünki manipulyasiyalar və təxribatlar onun siyasi mədəniyyətinin bir hissəsidir”.
Faktmedia.az xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.
O bildirib ki, bütün bu manipulyasiyalar, spekulyasiyalar, təxribatlar onların siyasi mədəniyyətinin bir hissəsidir və təəssüf ki, hər şeyi tamamilə əvəz etmişdir:
"Onlar başqa cür edə bilməzlər. Qərb uyduranlar mövcud olmayanı reallıq kimi qəbul etməyə davam edirdilər”.
Qeyd edək ki, Moskva taxıl sazişinin 2022-ci ilin noyabrında olduğu kimi 18 martdan sonra uzadılmasının əleyhinə deyil, yalnız 60 gün, 2022-ci ilin noyabrında olduğu kimi 120 gün müddətinə uzadılmasının əleyhinədir.
Bəsti Məmməd