Gürcüstan Federal Təhqiqatlar Bürosu tərəfindən axtarışda olan Rusiya vətəndaşını kompüter viruslarından istifadə edərək ABŞ vətəndaşlarından pul oğurladığına görə ABŞ-a ekstradisiya edib.
Faktmedia.az TASS-a istinadən xəbər verir ki, bu barədə Gürcüstan Prokurorluğu bildirib.
Qeyd olunur ki, rusiyalı şübhəli şəxsi məlumatları və virusun özünü internet platformasında başqa şəxslərə də satıb:
“Rusiyalı şəxs 2022-ci il oktyabrın 22-də Gürcüstanın Kobuleti şəhərində saxlanılıb. Onun ekstradisiyası barədə qərar prokurorluğun tələbi ilə Tbilisi şəhər məhkəməsi tərəfindən qəbul edilib. ABŞ-da aparılan araşdırma nəticəsində məlum olub ki, rusiyalı şübhəli 2016-2019-cu illərdə ABŞ-dakı istifadəçilərin şəxsi məlumatlarını əldə etmək üçün yaratdığı kompüter virusundan istifadə edib. O, həmçinin internet platformasında şəxsi məlumatları və virusun özünü başqa şəxslərə satıb. Ümumilikdə, prokurorluğun məlumatına görə, hakerin təxminən 1 milyon lari (təxminən 370 min dollar) qazandığı bildirilir”.
Bəsti Məmməd