Kanada Rusiyadan alüminium və polad idxalını qadağan etmək qərarına gəlib.
Faktmedia.az xəbər verir ki, bu barədə Kanada hökuməti məlumat yayıb.
Dəyişikliklərə əsasən, Rusiyadan dəmir, polad, dəmir və ya polad borular, borular və içi boş profillər, alüminium və ondan məmulatlar idxal etmək, almaq və ya əldə etmək "Kanadadakı hər hansı bir şəxsə və Kanadadan kənar hər hansı bir Kanada vətəndaşına qadağandır".
Qeyd edək ki qaydalar qeydiyyata alındığı gündən qüvvəyə minir.
Havar Şəfiyeva