Böyük Britaniyanın baş naziri Rişi Sunak London və Parisin Ukrayna dəniz piyadalarına təlim keçmək barədə razılığa gəldiyini açıqlayıb.
Faktmedia.az xəbər verir ki, bu barədə o, Fransa prezidenti Emmanuel Makronla birgə mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, ölkələrin Ukrayna Silahlı Qüvvələrinin bu tip qoşunların döyüşçülərinin hazırlanması ilə bağlı qərarı Kiyevə döyüş meydanında həlledici üstünlük verəcək və münaqişədə qalib gəlməyə kömək edəcək.
Havar Şəfiyeva