Abdulla Avcının istefasından sonra məşqçi axtarışında olan "Trabzonspor"a Sergen Yalçının rəhbərlik edəcəyi iddia edilirdi.
Faktmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, Sergen Yalçın məlumatın doğru olmadığını deyib.
Bildirib ki, hələ bununla bağlı heç bir təklif almayıb.
O, "Beşiktaş"la Super Liqa və Ziraat Türkiyə Kubokunu qazandıqdan sonra istefa verdiyini və istirahət etdiyini açıqlayıb.
Qeyd edək ki, SergenYalçın futbolçu karyerası ərzində 2000-2001 mövsümündə "Trabzonspor"da çıxış edib.
Rəna Həsənova