“Ukrenerqo”nun baş direktoru Vladimir Kudritski cümə axşamı bildirib ki, Ukraynanın əsas elektrik şəbəkəsi zədələnib, Ukraynanın bir sıra regionlarında elektrik çatışmazlığı yaranıb.
"Ümumiyyətlə, ölkədə orta hesabla əhatə dairəsi problemi yoxdur. Problem ilk növbədə enerjini bir regiondan digərinə çatdıran əsas elektrik şəbəkəsinin zədələnməsi ilə bağlıdır", - Kudritski Ukrayna televiziyasında deyib.
“Bəzi bölgələrdə enerji təchizatı məhduddur və biz bu məhdudiyyətlərin aradan qaldırılması üzərində işləyirik”.
Ukraynanın elektrik şəbəkəsi dağılmayıb, lakin bir çox regionlarda enerji infrastrukturu obyektlərinə ziyan dəyib.
“İstilik stansiyalarına və “Ukrenerqo” yarımstansiyalarına ziyan dəyib, nəticədə bəzi rayonlarda elektrik enerjisinin verilişi məhdudlaşdırılıb”, o əlavə edib.
Havar Şəfiyeva