Belarus məhkəməsi Nobel mükafatı laureatı Bialiatskini 10 il müddətinə azadlıqdan məhrum edib.
Faktmedia.az TASS-a istinadən xəbər verir ki, Leninski Rayon Məhkəməsi Nobel mükafatı laureatı Ales Bialiatskini 10 il müddətində həbs cəzası verib və 65 min dollar cərimələyib.
Bialiatski ilə birlikdə işdə iştirak edən “Vesna”nın nümayəndələri Valentin Stefanoviç və Vladimir Labkoviç müvafiq olaraq 9 və 7 il müddətinə ciddi rejimli cəzaçəkmə müəssisəsində cəza çəkiblər. Hazırda Belarusdan kənarda olan və işinə ayrıca qiyabi baxılan Dmitri Solovyov 8 il müddətinə azadlıqdan məhrum edilib. Hər üç müttəhimin hər biri təxminən 40.000 dollar cərimə olunub.
Hökmdən 10 gün ərzində apellyasiya şikayəti verilə bilər.
Qeyd edək ki, Vesna Mərkəzinin nümayəndələri 2021-ci ilin iyulunda saxlanılıb və 2023-cü il yanvarın 5-də məhkəmə qarşısına çıxarılıblar.
Bəsti Məmməd