Avropa İttifaqı (Aİ) Ukrayna üçün hərbi texnikanın ötürülməsini sürətləndirmək istəyib.
Faktmedia.az xəbər verir ki, bu barədə "The Vaşington Post" məlumat yayıb.
Aİ nümayəndələri 155 mm kalibrli haubitsa mərmilərinin çatdırılmasını sürətləndirmək üçün əlavə milyard avronun ayrılması planını müzakirə edəcəklər. Blokun Kiyevə Avropa Sülh Fondu vasitəsilə kömək etdiyi vurğulanır, lakin layihənin maliyyələşdirilməsi üçün yeni investisiyalara ehtiyac var. Ən son təklifə əsasən, dərhal sursat təmin edən üzvlərə sürətli geri qaytarma və yüksək geri ödəmə dərəcələri təmin ediləcək.
O da qeyd olunur ki, Aİ üçüncü ölkələri fonda qoşulmağa təşviq edəcək. Layihə haqqında bilavasitə məlumatı olan Aİ rəsmisi “Biz norveçlilərlə danışıqlar aparırıq, kanadalılar potensial maraq göstərirlər” deyib.
Bir müddət əvvəl blokun nümayəndələri Qərbin hərbi yardımı nəticəsində Ukraynada sülhün əldə olunmasında problemlərin olduğunu etiraf etmişdilər.
Havar Şəfiyeva