Çinin Rusiyaya hərbi yardımı beynəlxalq hüquqdan kənara çıxacaq.
Faktmedia.az xəbər verir ki, bu sözləri Almaniyanın xarici işlər naziri Annalena Baerbok deyib.
O bildirib ki, Çin Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının üzvü kimi xüsusi məsuliyyət daşıyır:
"Hər gün biz bu cür yardımın beynəlxalq hüquqdan kənar olduğunu açıq şəkildə bildiririk".
Qeyd edək ki, ABŞ dövlət katibi Antoni Blinken fevralın 18-də Çinin Rusiyaya ölümcül yardımı nəzərdən keçirdiyini iddia edib.
Bəsti Məmməd