Bakı şəhəri Həsən Əliyev küçəsində - Dövlət İmtahan Mərkəzinin qarşısında yerləşən "Milli ön" aparatı götürülüb. Bu isə sərnişinlər üçün "Bakı kart"a baans yükləməkdən əngəl yaradır. Artıq 2 həftədən artıqdır ki, "Milli ön" apartı və ya "Bakı kart" həmin əraziyə qoyulmayıb. Həmçinin o ərazilərdə başqa yerlərdə də quraşdırlmayıb.
Mövzu ilə bağlı Faktmedia.az Bakı Nəqliyyat Agentliyi ilə əlaqə saxlayıb. Qurumun mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib ki, dayanacaq məntəqəsindən ödəmə terminalının hansı səbəbdən götürülməsi barədə fikir bildirə bilmərəm:
"Bu həmin terminalların məxsus olduğu operatorlara aid məsələdir. Sərnişinlərin kartın balansını artırmaq imkanlarına gəlincə qeyd edim ki, bunun üçün dayanacaqlarda terminal olması mütləq deyil. Hazırda Bakı şəhəri üzrə 1400-ə yaxın MilliÖn ödəmə terminalı BakıKart ödənişini qəbul edir. Yəni bütün iri satış mərkəzlərində ictimai iaşə obyektlərindəki MilliÖn ödəmə terminallarından sərnişinlər BakıKartlarının balansını artıra bilər. Eyni zamanda internet üzərində də yükləmə mümkündür".
Rəna Həsənova